Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:34

Azərbaycanda qarlı hava şəraiti davam edəcək


Yanvarın 25-də Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə havanın az yağıntılı olacağı, axşama doğru qar yağacağı gözlənilir.

Gündüz mülayim şimal-qərb küləyi axşama doğru güclənəcək.

Havanın temperaturunun gecə 0 dərəcəyə yaxın, gündüz 1-5 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 15-20 dərəcə şaxta olacağı gözlənilir. /Ekologiya və Təbii Sərvətlər Nazirliyi/
XS
SM
MD
LG