Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:31

Human Rights Watch nümayəndəsi: “Asiya ölkələri Ərəb Baharından qorxurlar”


ABŞ-da yerləşən Human Rights Watch təşkilatı deyir ki, 2011-ci ildə Orta Asiyada və Azərbaycanda liderlər Ərəb baharının regionda yayıla biləcəyindən narahat olublar.

BMT-də yanvarın 23-də keçirilən mətbuat konfransında Human Rights Watch-un qurumdakı nümayəmdəsi Philippe Bolopion deyib ki, ötən il Azərbaycanda prezident İlham Əliyev hökuməti müxalifətin nümayişlərin qarşısını sərt şəkildə alıb:

- Məsələn, indi Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasındadır. Fikirləşirəm ki, Azərbaycan da Ərəb Baharının yayılmağından qorxan dünyanın bir çox avtoritar ölkəsindən biridir. Azərbaycanda adamlar öz qəzəblərini küçələrdə ifadə etməyə başlayanda aksiyaların qarşısını amansızcasına alındı.

Human Rights Watch-un yeni hesabatında Azərbaycanda ötən il insan haqlarının vəziyyətinin daha da pisləşdiyi qeyd olunur.

Qurumun hesabatında Qazaxıstan, Tacikistan, Özbəkistan və Türkmənistanda da insan hüquqlarının pisləşdiyini, o cümlədən Qırğızıstanda söz və ifadə azadlığında problemlər yaşandığı vurğulanır.

Bolopion mətbuat konfransında deyib, şübhə yoxdur ki, bir çox avtoritar ölkə Ərəb ölkələrində nə baş verdiyinin fərqindədir, amma bundan dərs götürmək istəmir. Onun sözlərinə görə, bu cür ölkələr etiraz aksiyalarını yatırmaq yolunu tutub, halbuki bu yol bəzi Ərəb ölkələrində fayda verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG