Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:54

Çılpaq fotolarına görə ailələri onlardan imtina edir, vətənə buraxmırlar

İran aktrisası Golşifte Farahaninin çılpaq şəkilləri müsəlman icmalarının, xüsusilə də İran rəsmilərinin qəzəbinə tuş gəlib. Farahaninin atdığı bu addı bütün dünya üzrə mübahisələrə səbəb olub.

“Madame le Figaro” jurnalında dərc etdirdiyi şəkillərdən sonra bu xanımın İrana girişi ömürlük qadağan edilib. Artıq İranın mədəniyyət və İslam qaydaları naziri bu haqda yazılı xəbərdarlığı Farahaniyə göndərib.

Jurnaldakı şəkillərdən birini aktrisa özünün Facebook səhifəsində yayıb. Bir neçə saat içlində şəkillə bağlı sayta 4 min şərh göndərilib.

Golshifteh Farahani, 18 yanvar 2012

Golshifteh Farahani, 18 yanvar 2012


Bundan əvvəl Golşifte Farahani Hollivud ulduzu Leonardo Di Kaprio ilə birlikdə “Yalanın birləşməsi” (Body of lies) filmində rol alıb. Hələ həmin filmə görə aktrisa İran dini xadimləri tərəfindən qınaqla üzləşmişdi. Çünki filmdəki bəzi səhnələrdə Farahani hicabsız çəkilmişdi. Həm də xarici filmdə çəkilmək üçün İran mədəniyyət nazirliyindən rəsmi icazə lazım imiş. Bu qadağadan sonra Farahani Fransaya mühacirət etmişdi.

Lakin çılpaq şəkil çəkdirən müsəlman aktrisa yalnız Farahani deyil. Ondan başqa son vaxtlarda daha 3 sənətçinin açıq-saçıq fotoları mətbuatda yayılıb. Bunlardan biri də Veena Malikdir.

VEENA MALİKDƏN ATASI İMTİNA EDIB

Veena Malikin ötən ilin dekabrında Hindistandanın FHM jurnalının üz qabığında demək olar lüt şəkilləri dərc olunub. Şəkildə pakistanlı xanımın yalnız intim yerləri örtülüb. Bu təsvirlərə görə onun vətənində sözün əsl mənasında qiyamət qopub. Hətta aktrisanın valideynləri də ondan imtina ediblər. Atası fotoların real olduğunun təsdiqlənəcəyi təqdirdə, qızının cəzalandırılmasını tələb edib.

Pakistanlı aktrisa Veena Malik, 19 aprel 2011

Pakistanlı aktrisa Veena Malik, 19 aprel 2011

Bu məsələyə dövlət səviyyəsində reaksiyalar olub. Belə ki, Pakistanın daxili işlər naziri Rehman Malik deyib ki, hadisə araşdırılacaq və əgər şəkillərin orijinal olduğu aşkarlansa, aktrisa cəzalandırılacaq.

33 yaşlı Malik isə şəkillərin gerçək olmadığını, montaj edildiyini bildirib və jurnalı məhkəməyə verəcəyi ilə hədələyib. Pakistan Konstitusiyasına görə, heç bir qadın, yaxud aktrisa çılpaq şəkildə ekrana çıxa bilməz, onun açıq-saçıq şəkilləri heç bir yerdə çap oluna bilməz.

ŞAHİN SİNƏSİNİ AÇMAQLA MƏHDUDİYYƏTLƏRDƏN QURTULMAQ İSTƏYİR

25 yaşlı türk əsilli Sıla Şahin də özünün lüt-əryan şəkilləri ilə müsəlman fanatlarını təəccübləndirib. O, Almaniyadakı “Playboy” jurnalı üçün sinəsi çılpaq halda poza verib.

Sonradan Şahin deyib ki, özünü müsəlman aləmindəki qadağalardan azad etmək üçün bu cür şəkillər çəkdirib.

Berlindəki türk qızı Sila Sahin

Berlindəki türk qızı Sila Sahin

“Mən nəhayət azad olmaq istədiyimə görə belə etmişəm, bu fotolar mənim uşaqlığımdakı məhdudiyyətlərdən qurtulmağıma yardım edir”.

Lakin Sılanın ailəsi onun bu seçimini, konservativ məhdudiyyətlərə qarşı etirazını dəstəkləməyib.

NADİA SƏNƏTİ NAMİNƏ SOYUNUB

Digər müsəlman aktrisa Nadia Boussetta isə “Tunivision” jurnalı üçün soyunub. Daim qısa jilet və cins şalvarda gəzən Nadia başını da açıq saxlayır. Artıq müsəlman ölkələrində onun “Tunis nağılları” adlı filminə embarqo qoyulub.
Tunisli Nadia Boussetta

Tunisli Nadia Boussetta


Facebook səhifəsində Nadianın ünvanına təhqiramiz şərhlər yazılıb. Aktrisa isə öz hərəkətində pis bir şey görmür və bu şəkilləri sənəti naminə çəkdirdiyini bildirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG