Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:32

Fransa senatında ilk səsvermə: "erməni soyqırımını" inkar qanunu gündəmdə qaldı


Fransa Senatı erməni soyqırımı iddialarını inkar etməyə görə cəzalar nəzərdə tutan qanunu müzakirə edir. Müzakirələrdə senatorların çıxışlarından sonra qanun layihəsinin Konstitusiyaya uyğun olmadığı üçün gündəlikdən çıxarılması təklifi səslənib. Təklifin lehinə 83 - əleyhinə 167 nəfər səs verib və bununla da qanun təklifinin müzakirələri davam edir.

Parlamentin aşağı palatası sözügedən qanunu dekabrda qəbul edib. Qanuna görə, iddiaları inkar edənləri 1 il həbs cəzası və 45 min avrocərimə gözləyir.

Türkiyə dəfələrlə Fransanı qanunun qəbulu halında sanksiyalarla hədələyib. Yanvarın 23-də Türkiyə Xarici İşlər naziri Ahmet Davutoglu yeni sanksiyaların hazır olduğunu bildirib.
XS
SM
MD
LG