Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 17:30

İran rialı 10 faiz düşdü


Yanvarın 23-də İran rialı birdən birə 10 faiz düşdü.

Səbəb Avropa Birliyinin İran neftinə embarqo qoymasıdır.
Embarqo bu gündən qüvvəyə minir. Ancaq İranla mövcud müqavilələri yerinə yetirməık üçün iyulun 1-nə kimi vaxt verilir.

Tehranda ABŞ dolları şənbə günündən 7 faiz bahalanıb.

Hazırda Tehranda bir ABŞ dolları 20 min 500 rialdır.

Keçən həftənin əvvəli ilə müqayisədə dollar 15 faiz qalxıb.
Bir ay əvvəllə müqayisədə isə rial dollara nisbətən 50 faiz düşüb.

Dünyanın ən böyük 5-ci neft ixracatçısı olan İran gündə 2,6 milyon barrel neft satır.
Bunun 29 faizi Avropaya gedir.
Avropa Birliyinin embarqosu İranın gündə 87 milyon dollar, ildə isə 30 milyard dollar itirməsi deməkdir.

Ancaq İran iyulun 1-nə kimi üzünü Asiya ölkələrinə tuta bilər. İran neftinin hazırda 40 faizini Yaponiya və Çin alır.

İranın keçmiş kəşfiyyat naziri Ali Fallahian deyib ki, İran iyulun 1-nə kimi gözləmələidir, Avropaya neft ixracını dərhal dayandırmalıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG