Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:22
"İZ"in 20 YANVARA HƏSR EDİLMİŞ BURAXILIŞI (DİNLƏ)


22-ci ilini qeyd etdiyimiz 20 Yanvarın öz rəmzləri var. Çiynində tabutlar daşıyan izdihamlı Bakı, ağı deyən yaşlı qadınlar, yanbayan qazılan məzarlar…bir də qırmızı Bakı qərənfilləri…

Siyahını uzatmaq da olardı.

20 Yanvar hadisəsi mətbuatda da rəmzlər yaratdı. Partladılmış AZTV , Yanvar ağılı “Azərbaycan” qəzeti…

20 Yanvar deyəndə AzadlıqRadiosu da yada düşür. O dövrü görüb keçmiş hər kəs Mirzə Xəzəri xatırlayır. Bir də Mehdi Məmmədovu. Bu iki şəxsin səsi 20 Yanvarın simvoludur.

AzadlıqRadiosunun “İz” proqramı Yanvar həftəsini Mehdi Məmmədova həsr etdiyi verilişlə yekunlaşdırır.

Verilişdə onu jurnalist İradə Tuncay, Rauf Mirqədirov, Natiq Zeynalov, həyat yoldaşı Aida xanım, həm də biz—«İZ»çilər anırıq.

Verilişdə Mehdi müəllimin AzadlıqRadiosuna 18 il boyunca dediklərini də dinləmək imkanınız olacaq. Hətta onun ölümündən öncə verdiyi son müsahibəni də eşidəcəksiniz. 2008-ci ilin 20 Yanvar günü... Mehdi müəllim xəstəliyi səbəbindən güclə danışır. Amma o qısıq səslə belə «Azərbaycan xalqı demokratiyadan əl çəkməz!» söyləməyi unutmur…

Verilişdə Mehdi müəllimin sevdiyi musiqilərdən də istifadə olunub.

PROQRAMI DİNLƏ

Bu “İZ”i itirməyin.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG