Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:56

«Azərbaycan» qəzeti Rafiq Tağının qətlini analiz edir


 «Azərbaycan» qəzetinin 22 yanvar sayı

«Azərbaycan» qəzetinin 22 yanvar sayı

Milli Məclisin orqanı olan «Azərbaycan» qəzetinin 22 yanvar sayında «Ortaq mənəvi dəyərlər və islam həmrəyliyi ilə bir araya sığmayan addımlar» sərlövhəli yazıda İran kəskin olunub.
Qəzet yazır ki, «Daim müsəlman birliyindən və həmrəyliyindən danışan bu ölkə öz addımları ilə ortaq mənəvi dəyərlərə, qonşuluq və dostluq meyarlarına sadiq olmadığını nümayiş etdirmişdir».
Yazıda qeyd olunur ki, «KİV vasitəsi ilə Azərbaycan dövlətinə qarşı «ideoloji mübarizəsi» fayda verməyən İran tərəfi son illərdə davamlı şəkildə Azərbaycan dövlətinin daxili işlərinə qarışmaqda, ölkəmizdə süni problemlər yaratmaq üçün müxtəlif cəhdlər göstərməkdədir».

«BU FAKT RAFİQ TAĞININ QƏTLİNİN İRANDAN SİFARİŞ EDİLMƏSİ EHTİMALLARINI ARTIRIR»
Qəzet buna misal olaraq indiyə qədər hüquq mühafizə orqanlarının üzə çıxardığı bir sıra hadisələri misal çəkir.
«Ümumiyyətlə Azərbaycanda indiyədək ifşa olunmuş əksər dini-ekstremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirdikləri təkzibolunmaz faktlarla tam sübuta yetirilmişdir». Qəzet həmçinin bir-neçə gün əvvəl Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyatı xatırladır. Hesab edir ki, bu Azərbaycana qarşı İran xüsusi orqanları tərfindən göstərilən növbəti hörmətsizliyin növbəti epizodlarındadndır.
«Eyni zamanda, bu fakt yazıçı-publisisit Rafiq Tağınını qətlinin İrandan sifariş edilməsi ilə bağlı ehtimalları artırır».
Qəzetə görə, Qərbin siyasi və iqtisadi məngənəsində sıxılıb qalan İran Azərbaycan respublikası ilə normal məcrada münasibətlərini davam etdirməlidir, Azərbaycanda təxribat və terror əməlləri törətməkdən çəkinməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG