Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:24
Yanvarın 22-də Nida Vətəndaş Hərəkatının təşkilatçılığı ilə gənc yazar Cəlil Cavanşirin “Ən yeni ədəbiyyat” seriyasından çap olunmuş “İtirilmiş əlyazma” kitabının təqdimat-party-si keçirilib.

Şəhərin gecə klublarının birində baş tutan party-də millət vəkili, yazıçı Aqil Abbas, jurnalist Azər Həsrət, yazarlar İlqar Rəsul, Mirmehdi Ağaoğlu, Qan Turalı, Cavid Zeynallı, Kəramət Böyükçöl, Dilqəm Əhməd, Qismət, Fərhad Amur, Yusif Məhəmmədoğlu, Könül Səid və başqaları iştirak edib.

Aktrisa Hüsniyyə Mürvətova tədbirdə Cəlil Cavanşirlə birgə müəllifin “Susma” şeirini ifa edib. Eyni zamanda musiqiçi İslam Şirvani, “RAPressia Klan” rep qrupu, reper Albay Əfəndi-də gecənin qonağı olub.

Party-nin qısa rəsmi hissəsində İlqar Rəsul, Mirmehdi Ağaoğlu və Qan Turalı çıxış ediblər.

Party-yə aparıcılığı Günel Sevər və Etibar Salmanlı edib.

Tədbir boyu kitabın satışı təşkil olunub və yazar oxucular üçün kitabını imzalayıb.
XS
SM
MD
LG