Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:09

Gəncədə 20 müəllim saxta diplomla işləyirmiş


Təhsil Nazirliyinin Gəncədə apardığı yoxlamalar zamanı 20 müəllimin saxta diplomla işləməsi faktı aşkarlanıb.

Bu barədə məlumatı Gəncə şəhər Təhsil İdarəsinin rəisi Mahal Əliyev bildirib. Onun sözlərinə görə Gəncədə saxta diplomlarla bağlı aparılan bir neçə günlük yoxlama sona çatıb və saxta diplomla çalışdığı məlum olan 20 müəllimlə əmək müqaviləsi ləğv edilib. Müsahibin sözlərinə görə saxta diplomlu müəllimlər bütün ixtisas üzrə işləyən pedaqoqlarda rast gəlinib.

Gəncə şəhərində 44 orta, 1 əsas, 1 yardımçı, 1 internat məktəb və 2 gimnaziya fəaliyyət göstərir. Təhsil ocaqlarında 4500-ə yaxın müəllim işləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG