Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:11
İrana qarşı sanksiyalar «Şahdəniz» layihəsini əhatə etməsin. Böyük Britaniya və Avropa Birliyi ABŞ qanunvericiləri arasında lobbiçilik edirlər ki, İrana yeni sanksiyalar BP PLC (BP)-nin rəhbərlik etdiyi təbii qaz layihəsinə aid olmasın. Bu barədə «Dow Jones» agentliyi yazır.

Böyük Britaniya, Avropa Birliyi və BP rəsmiləri təsdiqləyiblər ki, son həftələr ərzində yeni sanksiyaların «Şahdəniz» layihəsini əhatə etməməsi üçün lobbiçilik edirlər. Azərbaycanın 20 milyard dollarlıq təbii qaz layihəsində İran şirkətinin də payı var. Qərb hökumətləri İranı özlərinin enerji təhlükəsizliyi və iqtisadi rifahına ziyan vurmadan təcrid etmək istəyirlər.

İranın milli neft şirkəti olan «Naftiran Intertrade Co.» «Şahdəniz-2» təbii qaz layihəsində 10 faiz paya malikdir. Bu layihəni BP PLC (BP.LN) idarə edir. Layihə AB-nin enerji təhlükəsizliyi üçün ciddi əhəmiyyət daşıyır. AB və ABŞ İranı təcrid etmək, onu neft gəlirlərindən məhrum etmək üçün yeni tədbirlər görürlər. Hələliksə Britaniya və AB dekabrda ABŞ-ın «Şahdəniz-2»ni hər hansı yeni sanksiyadan azad etməsinə nail ola bilib.

SANKSİYALAR BALANSLAŞDIRILSIN

Böyük Britaniya elə bir siyasət tərəfdarıdır ki, «İrana nüvə proqramına görə təzyiqlər Avropa iqtisadiyyatına mümkün mənfi təsirlə balanslaşdırılsın». Bunu «Şahdəniz»ə görə lobbiçiliyi təsdiqləyən Britaniya xarici işlər rəsmisi deyir. «Bu, «Şahdəniz-2»nin istisna olunması və eyni zamanda sərt sanksiyalarla ziddiyyət təşkil etmir», - o, əlavə edib.

BP-nin sözçüsü də etiraf edib ki, ABŞ qanunvericiləri ilə müzakirələrinin bir hissəsini «Şahdəniz-2» təşkil edib. BP

BP

«Şirkət AB və ABŞ qanunvericiliyi daxil olmaqla, sanksiya rejiminə əməl edir», - sözçü əlavə edib.

«Dow Jones» agentliyi yazır ki, «Şahdəniz-2» layihəsinin yubadılması AB-nin enerji təhlükəsizliyi üçün neçə illik kampaniyaya ciddi zərbə olar. Bu, Orta Asiya və Azərbaycan qazını Avropaya daşıyacaq dəhliz üçün ilk mühüm qaz mənbəyidir.

LOBBİÇİLƏRİN NAİL OLDUĞU LAYİHƏ

«Naftiran» isə İran Milli Neft Şirkətinin İsveçrə filialıdır.

«Naftiran»dan başqa, BP və Norveçin «Statoil ASA» (STL.OS) şirkətlərinin bu layihədə hərəyə 25.5%-lik payı var. Azərbaycan Dövlət Neft Şirkəti, Fransanın «Total SA» (TOT), Rusiyanın «Lukoil Holdings» (LKOH.RS) şirkətlərinin hərəsinin 10 faizlik payı var. Qalan 9% isə «Turkish Petroleum»ə məxsusdur.

ABŞ Nümayəndələr Palatasından Ileana Ros-Lehtinen'in hazırladığı qanun layihəsi İranda işləyən istənilən şirkəti ABŞ-da işləməkdən də məhrum etməyi nəzərdə tutur. Ancaq BP, AB və Britaniyanın lobbiçiliyi nəticəsində layihənin hazırkı versiyasında deyilir ki, Mahmud Əhmədinejad neft emalı zavodunda, 24 may 2011

Mahmud Əhmədinejad neft emalı zavodunda, 24 may 2011

sanksiyalar «Azərbaycandan Avropa və Türkiyəyə qaz daşımaq» yaxud «enerji təhlükəsizliyi və Rusiyadan asılılığa nail olmaq» cəhdlərinə təsir etməyəcək.

QƏRBDƏ İRAN DİLEMMASI

Ancaq lobbiçilik edən üç tərəf 2012-ci ildə Konqresdən gələn digər layihələrə də ciddi nəzarət edəcəklər. Çünki seçki ilində İranı hədəfə almaq siyasi xal qazandıra bilər.

«Dow Jones» yazır ki, lobbiçilik Qərbdə də İrana sanksiyalarla bağlı dilemmanın olduğunu göstərir – əsas qlobal enerji oyunçusu olan İrana maksimum necə təzyiq edilsin ki, Avropanın iqtisadiyyatı da risk altında qalmasın. Bəzi ölkələr qorxurlar ki, embarqo nəticəsində qiymətlər qalxa və onların iqtisadiyyatı əlavə təzyiq altında qala bilər.

«AB müxtəlif Avropa iqtisadiyyatlarına sanksiyaların təsirini nəzərə almalıdır» - Yunanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Gregory Delavekouras deyir. O, embarqonun daha asta templə həyata keçirilməsinin tərəfdarıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG