Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:19

Suriya Ərəb ölkələri liqasının tələbini rədd edib


Suriya Ərəb ölkələri liqasının prezident Bashar Assadin istefaya getməsi və vahid milli keçid hökuməti yaratmaqla bağlı tələbini rədd edib.

Əl-Cəzirə televiziyasının məlumatına görə, Suriyanın yerli telekanalında adı açıqlanmayan hökumət nümayəndəsinə istinadən deyilib ki, Ərəb ölkələri liqasının qətnaməsi Suriya xalqına qarşı sui-qəsddir.

Ərəb ölkələri liqasının adı çəkilən sənədi bazar günü xarici işlər nazirlərinin Qahirədə keçirilən iclasında qəbul olunub. Qətnamədə həmçinin Dəməşqdən tələb olunur ki, növbədənkənar seçki keçirilsin, bundan başqa əsas qanunun tərtib olunması üçün konstitusiya məclisi seçilsin və daha sonra qanun referenduma çıxarılsın.

Dünən liqa həm də Suriyada müşahidə missiyasının mandatını daha bir ay uzadıb. Müşahidə missiyası Suriyada daxili münaqişənin sülh yolu ilə nizama salınmasının hökumət tərəfindən necə həyata keçirilməsinə nəzarət edir.

BMT-nin məlumatına görə, 10 ay ərzində davam edən daxili münaqişə nəticəsində Suriyada 5400 adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG