Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:06

Yəmənin getməkdə olan prezidenti Ali Abdullah Saleh ABŞ-a yollanıb


Məlumatlara görə artıq o ölkəni tərk edib.

Ali Abdulla Salehin müalicə üçün Birləşmiş Ştatlara yollandığı bildirilir.

Bu barədə kütləvi informasiya vasitələri Salehin yaxın ətrafına istinadla xəbər verirlər.

Məlumatlara görə prezident ölkəni tərk etməzdən əvvəl 30 ildən artıq hakimiyyəti dövründə buraxdığı səhvlərə görə üzr istəyib.

O həmçinin gələcəkdə öz partiyasına liderlik etmək üçün vətənə dönəcəyini bildirib.

Bundan əvvəl müxalifətlə əldə olunmuş razılaşmada onun toxunulmazlığına zəmanət verilməsi nəzərdətutulur.
XS
SM
MD
LG