Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:41

Liviyadakı hakim şuranın sədr müavini də istefa verdi


Liviyadakı milli keçid şurasının sədr müavini Abdel Hafiz Ghoga istefa verib.

O Əl-Cəzirə televiziyasına müsahibəsində xalqın rifahı naminə istefa verdiyini deyib.

Bazar günü şəhərdə nümayişə çıxmış minlərlə tələbə onun istefasını tələb edirdi.

Bundan az əvvəl isə şəhər meri istefa verib.

Şənbə günü Benqazidə yüzlərlə nümayişçi milli keçid şurasının binasına hücum edərək keçmiş rejimin dövründə xidmət etmiş məmurların işdən kənarlaşdırılmasını və indiki hakimiyyətin daha açıq olmasını tələb ediblər.

Milli keçid şurasının sədri Mustafa Abdel Jalil Benqazidə keçirdiyi mətbuat konfransında bildirib ki, gərginliyin artması ölkəni uçruma apara bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG