Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:38

Nigeriyada daha 11 adam öldürülüb


Nigeriyanın şimalındakı Bauçi ştatındakı nəzarət-buraxılış məntəqələrindən birinə edilmiş hücum nəticəsində azı 11 adam ölüb.

Ölənlər hərbçi, polis və mülki sakinlərdir.

Həmçinin bazar gününə keçən gecə həmin ştatda 2 xristian kilsəsi partladılıb.

İtki və ya xəsarət alan olmayıb.

Bundan 2 gün əvvəl Kano şəhərində törədilmiş partlayışlar nəticəsində 160-dan çox adam ölüb.

Bu hücumlara görə cavabdehliyi radikal islamçı Boko Haram qrupu üzərinə götürüb.
XS
SM
MD
LG