Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:26

Mubarakın vəkili onun hələ də prezident olduğunu deyir


Keçmiş Misir prezidenti Hosni Mubarak istefa vermədiyindən formal olaraq hələ də prezident sayılır.

Bunu onun vəkili Farid al Dibbazar günü Qahirədə keçirilən məhkəmə prosesində deyib.

Vəkil hesab edir ki, Mubarakın hələ də toxunulmazlıq hüququ olduğundan o cinayət məhkəməsinə cəlb edilə bilməz və bu işlə xüsusi tribunal məşğul olmalıdır.

Mubarak, onun iki oğlu və daha bir neçə yaxın ətrafı korrupsiya və ötən ilin yanvar- fevralında yüzlərlə nümayişçinin qətlində ittiham olunurlar.

Prokuror bu yaxınlarda Hosni Mubaraka ölüm hökmü istəyib.
XS
SM
MD
LG