Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:43

Human Rights Watch Rusiya hakimiyyətini tənqid edib


Human Rights Watch təşkilatı Rusiya hakimiyyətini siyasi və vətəndaş azadlıqlarını pozmaqda, habelə hüquq müdafiəçiləri və ictimai fəalların işini əngəlləməkdə ittiham edib.

Bu barədə təşkilatın yaydığı illik hesabatda bildirilir.

Hesabatda ölkədə söz və sərbəst toplaşma azadlığı habelə ,Şimali Qafqazda insan haqlarının kobud şəkildə pozulduğu qeyd olunur.

Hesabatda həmçinin bildirilir ki, baş nazir Vladimir Putinin yenidən prezidentlik uğrunda mübarizə aparması labüd iqtisadi islahatları kölgə altına ala bilər.

Amma hesabatda ötən ilin dekabrında keçirilmiş Duma seçkisinin saxtalaşdırılması mövzusuna toxunulmur, təkcə müstəqil siyasi qüvvələrin seçkiyə buraxılmaması qeyd olunur.
XS
SM
MD
LG