Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:38

Suriyadakı müşahidəçilərin mandatı 1ay uzadılır


Suriyadakı beynəlxalq müşahidəçilərin mandadı daha 1 ay uzadılacaq.

Qərar Ərəb Dövlətləri Liqası ölkələri xarici işlər nazirlərinin bazar günü Qahirədə keçirilmiş iclasında qəbul olunub.

Həmçinin müşahidəçilərin səlahiyyətləri və sayının artırılacağı gözlənilir.

Bazar günü paytaxt Dəməşqin ətrafındakı qəsəbədən hökumət qoşunlarının çıxarıldığı xəbər verilir.

Son günlər qəsəbədə müxalifətin tərəfinə keçmiş hərbçilərlə döyüş gedirdi.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.

BMT bu müddət ərzində 5 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG