Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:34

Benqazinin meri istefa verib


Liviyadakı milli keçid şurasının rəhbəri Mustafa Abdel Jalil şənbə günü Benqazidə baş vermiş hərc-mərclikdən sonra şəhər merinin istefasını qəbul edib və yeni mer seçkisi keçiriləcəyini vəd edib.

O şuranın Benqazidə keçirilmiş iclasından sonra mətbuat konfransında bildirib ki, ölkədə gərginliyin artması uçruma apara bilər.

Şənbə günü Benqazidə yüzlərlə nümayişçi milli keçid şurasının binasına hücum edərək keçmiş rejimin dövründə xidmət etmiş məmurların işdən azad edilməsi və indiki hakimiyyətin daha açıq olmasını tələb ediblər.

Həmçinin bazar günü şəhərdə nümayişə çıxmış 4 minədək tələbə milli keçid şurasının sədr müavini Abdel Hafiz Ghoganın istefasını tələb ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG