Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:39

ABŞ-da prezidentliyə namizədlik uğrunda mübarizə güclənir


Newt Gingrich

Newt Gingrich

İlkin məlumatlara görə, ABŞ Konqresi Nümayəndələr Lalatasının keçmiş sədri Newt Gingrich Respublikaçılar partiyasından prezidentliyə namizədliklə bağlı Cənubi Karolina ştatında keçirilən ilkin seçkilərdə böyük fərqlə irəlidə gedir.
Onun 40 faizə yaxın səs topladığı bildirilir.
Onun əsas qəribi, Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romney isə 28 faiz səs toplayıb.
Gingirich tərəfdarları qarşısında çıxış edərkən prezident Obama ilə debatlara hazır olduğunu deyib.
Növbəti seçki yanvarın 31-də Floridada ştatında olacaq.
Respublikaçılar partiyasından prezidentliyə namizəd bu ilin avqustunda bəlli olacaq, prezident seçkisi isə noyabrın 6-da keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG