Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:39

Brejnev Azərbaycandakı tikintilərin vəziyyəti ilə maraqlanıb


Azerbaijan. Baku. Soveit Union Azberijani newspaper

Azerbaijan. Baku. Soveit Union Azberijani newspaper

Sovet dövründə çap edilmiş qəzetlərin xülasəsi

«Bildiyiniz kimi, bu il iyunun 9-da Leonid İliç Brejnev yoldaş zəng vurmuş və respublikada əsaslı tikintinin vəziyyəti ilə əlaqədar məsələlər barəsində mənimlə söhbət etmişdi. Leonid İliç tikintini sürətləndirmək, əsaslı fondların işə salınması, bütün çox mühüm xalq təsərrüfatı obyektlərinin istifadəyə verilməsi planlarının yerinə yetirilməsini, tikintinin səmərəliliyinin və keyfiyyətinin daha da yüksəldilməsini sözsüz təmin etmək barədə konkret və aydın göstərişlər vermişdir».
Azərbaycan partiya fəallarının yığıncağı, H .Ə. Əliyev yoldaşın məruzəsi
«Azərbaycan gəncləri» 1980-ci il, 12 iyul.
«600 000 TON AZƏRBAYCAN PAMBIĞI HAZIRDIR»
«Xalqımız, şanlı oğlan və qızlarımız Sov.İKP XXV qurultayının tarixi qərarlarını yerinə yetirmək sahəsində misilsiz nailiyyətlər qazanmışlar. Son 10 ildə əldə etdiyimiz zəngin təcrübə, əmək və yaradıcılıq xarüqələri Ümumittifaq sosializm yarışının on Qırmızı Bayrağında təsbit edilmişdi. Sənaye və kənd təsərrüfatı məhsulları istehsalına dair onuncu beşilliyin tapşırıqlarını vaxtından əvvəl yerinə yetirən respublikamız Lenin ordeninə layiq görülmüşdür. Həmin böyük qələbə münasibətilə əziz Leonid İliç Brejnevin təbriki bu gün də respublikanın zəhmətkeşlərinin kommunizm quruculuğu yollarında yeni hünərlərə və nailiyyətlərə ruhlandırmaqdır. Pambıqçılarımızın yeni əmək qələbəsi – sentyabrın 20-də «ağ qızıl»istehsalına və dövlətə satışına dair xalq təsərrüfatı planını yerinə yetirmələri buna parlaq sübutdur».
«Azərbaycan gəncləri», 1980-ci il, 23 sentyabr

“Azərbaycan gəncləri”, 1980-ci il, 23 sentyabr

“Azərbaycan gəncləri”, 1980-ci il, 23 sentyabr



Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG