Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:09

ABŞ-da prezidentliyə namizədlik uğrunda mübarizə gızışır


İlkin məlumatlara görə, ABŞ Konqresi Nümayəndələr Lalatasının keçmiş sədri Nyut Qinqriç (Newt Gingrich) Respublikaçılar partiyasından prezidentliyə namizədliklə bağlı Cənubi Karolina ştatında keçirilən ilkin seçkilərdə böyük fərqlə irəlidə gedir.

Onun 40 faizə yaxın səs topladığı bildirilir.

Onun əsas qəribi, Massaçusets ştatının keçmiş qubernatoru Mitt Romney isə 28 faiz səs toplayıb.

Gingirich tərəfdarları qarşısında çıxış edərkən prezident Obama ilə debatlara hazır olduğunu deyib.

Növbəti seçki yanvarın 31-də Floridada ştatında olacaq.

Respublikaçılar partiyasından prezidentliyə namizəd bu ilin avqustunda bəlli olacaq, prezident seçkisi isə noyabrın 6-da keçiriləcək.
XS
SM
MD
LG