Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 22:35

İraqda törədilmiş partlayışlarda azı 6 nəfər ölüb


İraqın müxtəlif bölgələrində törədilmiş hücumlar nəticəsində azı 6 nəfər ölüb.

Baquba şəhərindəki nəzarət-buraxılış məntəqələrindən birində baş vermiş toqquşmada 2 polis və 2 yaraqlı ölüb.

Bu şəhər Bağdadın 65 kilometrliyində yerləşir.

Həmçinin Bağdadın Həbibiyə məhəlləsi və İsgəndəriyyə şəhərində 2 polis öldürülüb.

Fəllucədə naməlum yaraqlıların nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində isə 2 İraq əsgəri ölüb.
XS
SM
MD
LG