Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:20

Rusiya müxalifəti mitinqə hazırlaşır


24 dekabr 2011-ci il. Rusiya müxalifətinin keçirdiyi etiraz aksiyası

24 dekabr 2011-ci il. Rusiya müxalifətinin keçirdiyi etiraz aksiyası

Rusiyada «Ədalətli seçki uğrunda» aksiyasının təşkilatçıları yanvarın 19-da Moskva merinə fevralın 4-də mitinq keçirməklə bağlı rəsmi müraciət ediblər. Paytaxt merinin müavini Aleksandr Qorbenko artıq bəyan edib ki, müxalifətin istədiyi yerdə mitinq keçirmək mümkün olmayacaq.
Cənab Qorbenko deyib ki, müxalifətin mitinq keçirmək üçün seçdiyi marşrut təhlükəsizlik baxımından mümkün deyil. Qorbenko bildirib ki, hakimiyyət müxalifətə alternativ ünvan təklif edəcək.
Aksiya keçirmək istəyənlərin təklif edtdiyi marşrut Kaluqa zastavasından Sadovo dairəsi və Yeni Arbatdan Manej meydanına qədər ərazini əhatə edir. Müxalifətin məhz bu marşrut üzrə aksiya keçirmək istəyi şəhər hakimiyyətində bəzi suallar yaradıb.
Ancaq təşkilatçılar güzəştə hazırdılar. Bu barədə mitinqin təşkilat komitəsinin üzvlərindən biri, Dövlət Dumasının üzvü Gennadi Qudkov məlumat verib:
«Mən hesab edirəm ki, nə isə bir güzəşt yolu tapılacaq. Bunu təşkilatçılar hamısı yaxşı başa düşür. Prinsipcə biz güzəştlərə hazırıq. Ola bilsin Bolotnoye meydanına qədər də gedək. Bu da bir kompromis variantdır. Həm adamlar yorulmaz, həm də soyuqdan donmazlar».
Bir sözlə təşkilatçılar mitinqin keçirilmə yerini və vaxtı ilə bağlı məsələni müzakirə etməyə hazırdırlar.
Amma mitinq üçün müraciət edən «Solidarnost» Hərəkatının üzvlərindən biri Sergey Davidis aksiyanın vaxtının dəyişdirlməsinin mümkün olmayacağını deyir.
Fikirini də fevralın 4-də Rusiyanın digər şəhərlərində də «Ədalətli seçki uğrunda» aksiya keçirilməsinin nəzərdə tutlması ilə əsaslandırır.
Aksiya təşkilatçıları bir qədər əvvəl isə bəyan ediblər ki, tədbirin keçirilmə yeri və vaxtı heç də təsadüfən seçilməyib. Onlara görə, düz 22 il əvvəl fevralın 4-də kütləvi mitinq və yürüşdən sonra Kommunist Partiyasının aparıcı rolunu möhkəmləndirən SSRİ konstitusiyasının 6 maddəsi ləğv edilib.
Təşkilatçılar aksiyaya 50 min adam çıxarmaq istəyirlər.
XS
SM
MD
LG