Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:21
“Müsabiqənin rəmzi Açarının təhvil verilməsi mərasimi, yarımfinalının püşkatması və "Eurovision 2012"nin loqosunun prezentasiyası olacaq”

Bu xəbəri İTV-nin saytı yayıb.

Xəbərdə bildirilir ki, Açar təqdimetmə mərasimində "Eurovision 2011"ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers "Eurovision" Mahnı Müsabiqəsinin rəmzi açarını Bakı şəhərinin meri Hacıbala Abutalıbova təqdim edəcək.

Bununla da Bakı "Eurovision 2012"yə ev sahibliyini rəsmən qəbul edəcək.

Açar Təqdimetmə mərasimindən sonra "Eurovision" Mahnı Müsabiqəsi 2012-də yarımfinallarda iştirak edəcək 37 ölkə arasında püşkatma olacaq. Həmçinin "Böyük beşliyin" (Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya) və keçənilki müsabiqənin qalibi olan Azərbaycanın hansı yarımfinalı yayımlayacağı və səsvermədə iştirak edəcəyi də müəyyən olunacaq.

Yarımfinal mərhələlərində iştirak edən ölkələrin Eurovision 2012-də çıxış ardıcıllığı isə mart ayında nümayəndə heyətləri rəhbərlərinin görüşü zamanı keçiriləcək püşkatma nəticəsində bəlli olacaq.

Daha sonra "Eurovision" Mahnı Müsabiqəsi-- 2012-nin konsepsiyasının təqdimatı olacaq, müsabiqənin loqo və şüarı açıqlanacaq.

2004-cü ildən etibarən "Eurovision" Mahnı Müsabiqəsinin içərisində ev sahibliyi edən ölkənin bayrağı əks olunmuş ürək şəkilli logosu var. Buna baxmayaraq hər il ev sahibi olan ölkə həmin loqoya dəstək olaraq öz loqosunu, başqa sözlə müsabiqənin konsepsiyasının bədii təsvirini təqdim edir.

Bu ilk təntənəli tədbirində Avropa Yayımları Birliyinin nümayəndələrinin də iştirak edəcəyi bildirilir.

Xatırladaq ki, may ayının 22, 24-də Eurovision 2012-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.

Müsabiqənin qaydalarına əsasən 5 ölkə-Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də ötən ilki müsabiqənin qalibi kimi Azərbaycan birbaşa final mərhələsində çıxış edəcək.
XS
SM
MD
LG