Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:37
Yanvarın 20-də ABŞ-ın əfsanə caz sənətçisi Etta James dünyadan köçüb.

Los Ancelesin "Riverside" xəstəxanasında ölən blüz ifaçısının neçə vaxtdır qan xərçəngindən müalicə aldığı bildirilir.

Xərçəngdən başqa da bir sıra xəstəliklərdən də əzab çəkən Etta James prezident Barak Obamanın da sevdiyi caz sənətçisiymiş.
Sənət divasının ərinin və iki oğlunun əhatəsində dünyadan köçdüyü bildirilir.

Xatırladaq ki, əsl adı—Cemisetta Hokins olan Etta James 25 yanvar 1938-ci ildə Los-Ancelesdə doğulub.

5 yaşından kilsə xorunda oxumağa başlayıb.

1950-ci ildən ailəsiylə San-Fransiskoya köçüb və elə o illərdən də məşhurlaşmağa başlayıb.

Bir neçə albom buraxıb.

Uyuşdurucu qəbul etdiyindən arada yaradıcılığında durğunluq yaranıb.

Etta James həyatının bu dövrüylə vidalaşa bilib və 80-ci illərin ortalarında təzədən musiqi karyerasını davam etdirib. Yeni stildə və janrda albomlar buraxdırıb.

Problemlər onun yaxasını yenə buraxmayıb. Xanım Etta sürətlə kökəlməyə başlayıb və hərəkətsiz qaldığından diz qapaqlarında xəstəlik yaranıb. Əməliyyat yolu ilə arıqlayan sənətçi təzədən səhnəyə qayıda bilib.

2003-cü ildə Hollivud Şöhrət Xiyabanına onun ulduzu həkk olunub.

2004-cü ildə xanım Etta”Rolling stone” jurnalının keçirdiyi “Bütün zamanların 100 böyük artisti” sorğusunda 62-ci yerdə qərar tutub.

2006-cı ildə Etta Jamesin son albomu (“Allthe Way”) çıxıb.

XS
SM
MD
LG