Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:49

Nigeriyada törədilmiş partlayışda 120-dən çox adam ölüb


Migeriyanın Kano şəhərində törədilmiş partlayışlarda ölənlərin sayı artır.

Son məlumatda azı 120 nəfərin öldüyü bildirilir.

Cümə günü şəhərdə bir neçə polis məntəqəsi, pasport-viza şöbəsi və təhlükəsizlik xidmətinin əsas binasına hücum edilib.

Şahidlər şəhərdə azı 20 partlayış törədildiyini deyirlər.

Ölənlərin arasında 10-dan çox polis əməkdaşı da var.

Şəhərdə komendant saatı tətbiq edilib.

Hücumlara görə cavabdehliyi radikal Boko Haram qrupu üzərinə götürüb.
XS
SM
MD
LG