Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:56

Aleksey Kudrin Rusiyada yeni partiya yaratmaq istəyir


Aleksey Kudrin
Aleksey Kudrin
Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin ölkədə yeni sağçı partiya yaratmaq məqsədilə müxalifət nümayəndələrilə müzakirələr aparır.

Kudrin yerli televiziya kanallarına müsahibəsində dostları arasında demokratik qüvvələri birləşdirmək istəyən çoxlu tanınmış siyasətçi və iş adamları olduğunu bildirib.

Bundan əvvəl rusiyalı iş adamı Mixail Proxrov da partiya yaratmaq fikrində olduğunu bildirib.

Ptoxrov qeyd edib ki, əgər martın 4-də keçiriləcək prezident seçkisində 10 faizdən çox səs toplasa bu partiyaya şəxsən özü başçılıq edəcək, əks halda isə həmsədrlərdən birini dəvət edəcək.

Liderliyə mümkün namizədlər arasında Kudrinin adı daha çox hallanır.
XS
SM
MD
LG