Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:31

Suriyanın şimalında silahlı toqquşmalar gedir


Suriyanın şimalında ordu birləşmələrilə müxalifətin tərəfinə keçmiş hərbçilər arasında toqquşmalar gedir.

Əl-Cəzirə televiziyası Türkiyə sərhəddinin yaxınlığında yerləşən Cisr aş Şuqur şəhərində döyüş getdiyini xəbər verir.

Hələlik ətraflı məlumat yoxdur.

Həmçinin bu gün İdlib əyalətində törədilmiş partlayışda azı 11 adam ölüb.

Ölənlərin məhbuslar olduğu bildirilir.

Məhbusları aparan maşın minaya düşüb.

Ərəb Dövlətləri Liqası isə Qahirədə ötən ay Suriyaya göndərilmiş müşahidəçilərin hazırladığı hesabatı müzakirə edir.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 5 mindən çox adamın öldürüldüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG