Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:10

Statistika Komitəsi: Ölkədən gedənlərin sayı azalır


«Azərbaycandan xarici ölkələrə qazanc üçün getmiş gənclər geri dönür, ölkədən gedənlərin sayı isə ilbəil azalır».

Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.

Komitə bunu ölkədə yeni iş yerlərinin açılması ilə əsaslandırır.

Məlumata əsasən, 2011-ci ildə daimi yaşamaq üçün Azərbaycana gələnlər 2200, gedənlər isə 500 nəfər olub.

İmmiqrantların 77.1 faizini Rusiyadan, 8.1 faizini Qazaxıstandan, 4.3 faizini Ukraynadan gələnlər təşkil edir. Ölkədən emiqrasiya edənlərin 45.1 faizi Rusiyaya, 32.7 faizi Qazaxıstana, 8.4 faizi isə Ukraynaya gediblər.

Komitənin məlumatında deyilir ki, 2011-ci ildə Azərbaycanda 94 minə yaxın yeni iş yeri açılıb, bunun da 73 minə yaxını daimi iş yeridir. Komitə hesab edir ki, bununla da ölkədə işsizlik daha 0.5 faiz azalaraq 5.4 faizə enib.

Günün bütün mövzuları

XS
SM
MD
LG