Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:35

Hərbi xidmətdən yayınan Yehova şahidini ŞUŞA həbsxanasına salıblar


Yehova şahidi Karen Harutyunyan hərbi xidmətdən imtina elədiyinə görə, Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən 30 aylıq həbs cəzasına məhkum edilib. FORUM18 təşkilatının xəbərinə görə, Harutunyan məhkəmədən əvvəl artıq Şuşadakı həbsxanaya köçürülüb və cəzasını burada çəkəcək.

Yehova şahidi dini inancına görə hərbi xidmətdən imtina elədiyini və qərardan apelyasiya verəcəyini bildirir. Ancaq separatçı rejimin Ombudsmanı Yuri Hairapetyan da iddia edir ki, Harutunyanın heç şansı yoxdur, çünki o qanunu pozub və doğrudan da Yehova şahidi olduğunu heç kim sübut edə bilməz.

Tanınmayan rejimin Dini işlər və Mİlli azlıqlar üzrə rəsmisi Ashot Sargsyan isə məhkəmə qərarını “çox yüngül” olduğu üçün “absurd” adlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG