Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:05

İran nüvə aliminin qətlinə görə BMT-dən də şübhələnir


İran nüvə texnologiyaları aliminin ölümünə görə, Beynəlxalq Atom Enerjisi Agentliyini onun haqda məlumat sızdırmaqda ittiham edir. Natanz nüvə zavodnun direktor müavini olan Mostafa Ahmadi Roshan yanvarın 11-də Tehranda öldürülüb.

İranın BMT-dəki səfirinin müavini Eshagh Al Habib deyir ki, alimin qətlində BMT-dən sızdırılan məlumatlardan istifadə edilməsiylə bağlı şübhələnmək üçün çox ciddi əsasları var. BMT iddiaları araşdırdığını bildirir.

İran qətli İSrail və ABŞ-ın xüsusi xidmət orqanlarının təşkil etdiyini də iddia edir.
XS
SM
MD
LG