Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:39

Fransaya gələn belaruslu naziri məhkəməyə veriblər


Bir qrup şəxs Fransaya səfərə gələn Belarusun Daxili İşlər naziri Anatoly Kuleshova qarşı işgəncə faktları ilə bağlı məhkəməyə müraciət ediblər. İşgəncəyə məruz qaldığını iddia edənlərin vəkili William Bourdon deyib ki, onlar 2010-cu ilin seçkilərindən sonra tutulduqları həbsxanalarda işgəncə və qəddar davranışa görə Belaruslu nazirdən şikayətçidirlər və onun dərhal tutulub-dindirilməsini tələb edirlər.

Kuleshov Fransaya İnterpolun toplantısına qatılmaq üçün gəlib. İnterpoldan deyirlər ki, Belaruslu nazirin səfər artıq başa çatıb və indi harada olduğunu bilmirlər.
XS
SM
MD
LG