Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:12

Türkiyə Fransa Senatını erməni soyqırımı ilə bağlı yeni qanuna qarşı çıxmağa çağırır


Türkiyə Fransa Senatını erməni soyqırımı iddialarını qəbul etməməyə görə cinayət məsuliyyəti nəzərdə tutan qanunun əleyhinə səs verməyə çağırıb. Xarici İşlər naziri Ahmet Davutoglu televiziya çıxışında deyib ki, “biz Senat üzvlərini hər şeydən əvvəl Avropa dəyərlərini nəzərə almağa çağırırıq”.

Davutoglu əlavə edib ki, əgər qanun qəbul edilsə, bu Fransanın intellektual tarixi üçün qara ləkə olacaq və Türkiyə bunu hər zaman xatırladacaq.

Fransa parlamentinin aşağı palatası dekabr ayında qanun layihəsini qəbul edib. Senatın qanunlar komissiyası layihəyə mənfi rəy versə də, qanun yanvarın 23-də səsverməyə çıxarılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG