Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:14
Yanvar ayının 22-də yazar Cəlil Cavanşirin “Ən yeni ədəbiyyat” seriyasında çap olunmuş “İtirilmiş əlyazma” romanın təqdimat mərasimi keçiriləcək.

Tədbirin təşkilatçısı N!DA Vətəndaş Hərəkatıdır.

Tədbirdə müəllif “İtirilmiş əlyazma” romanını və “Underground sevgilər” şeir kitabını oxuculara təqdim edəcək.

Tədbir "Sound Club"da (Gənclik metrosunun "Amay çıxışı"nın, "Champion" mağazasının yanında) təşkil olunacaq.

“Manuscript Party” adlanan gecədə tanınmış yazarlar, aktyorlar və musiqiçilər iştirak edəcək. Dəvətlilər arasında aktrisa Hüsniyyə Mürvətova və Reper Albay Əfəndi də olacaq.

“Manuscript Party”ə giriş pulsuzdur.

Xatırladaq ki, "İtirilmiş əlyazma" romanın ilk təqdimatı Sumqayıtda keçiriləcək.

Gələcək İctimai Birliyinin Kitab Klubu və İnsan Hüquqları Tədrisi Mərkəzinin Ədəbiyyat Klubu yanvarın 21-də saat 13:00 da yazarın “İtirilmiş Əlyazma” tarixi romanının təqdimatını təşkil edəcək.

Bütün ədəbiyyat sevərlər dəvətlidir.
XS
SM
MD
LG