Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:21

Avropa Birliyi ölkələri hardan neft alacağını düşünür


Avropa Birliyinin Enerji Komissarı Gunther Oettinger
Avropa Birliyinin Enerji Komissarı Gunther Oettinger
Fransa prezidenti Nicolas Sarkozy Parisdə xarici ölkələrin səfirləri qarşısında deyib ki, o iki məsələdə əmindir. Birincisi, İrana hərbi müdaxilə Yaxın Şərqdə xaosa və bundan da betərinə gətirəcək. Ona görə hərbi müdaxilədən yayınmaq üçün hər şey edilməlidir.

İkincisi, hərbi müdaxilədən yayınmağın bir yolu var: güclü sanksiyalar-hamı İran neftini almağı dayandırır və İran Mərkəzi Bankının pulları dondurulur”.

Sarkozy faktiki olaraq, Avropa Birliyinin İran məsələsində bu günki mövqeyini ifadə edib.

“Biz əminik ki, yanvarın 23-də Avropa Birliyi İran sanksiyaları haqda razılığa gələcək”, çünki “heç kim İrana güzəştə getmək istəmir”.

27 ölkəni birləşdirən Avropa Birliyi İrandan neft alınması qadağanını qoymağı prinsipcə müəyyənləşdirib.

Bunu adının çəkilməməsi şərtilə bir avropalı diplomat Guardian qəzetinə deyib.

Bəs yanvarın 19-da niyə Avropa Birliyinin yüksək rütbəli diplomatları İran neftinə embarqo ilə bağlı razılığa gələ bilmədi?

Bu suala həmin diplomat belə cavab verib ki, İrandan neft alınmasına qadağanla hamı razıdır, ancaq vaxt məsələsində fikir ayrılığı var.

Danimarka təklif edib ki, İran neftinə embarqo iyulun 1-dən başlansın. Yunanıstan bununla razılaşmayıb.
Yunanıstan mövcud müqavilələri yerinə yetirməyə və alternativ neft satıcısı tapmağa daha çox vaxt lazım olduğunu bildirib.

Avropa Birliyinin sanksiyalarına İran Mərkəzi Bankının Avropadakı vəsaitlərinin dondurulması da daxil olmalıdır.

İRAN QONŞULARINA XƏBƏRDARLIQ EDİR

Bu arada İranın xarici işlər naziri Əli Əkbər Salehi qonşu ölkələrə səfərə çıxıb və xəbərdarlıq edir ki, sanksiyalar olsa, buna qoşulmasınlar.

Əli Əkbər Salehi Ankarada mətbuat konfransında
Əli Əkbər Salehi Ankarada mətbuat konfransında


Bu həftənin əvvəlində Səudiyyə Ərəbistanı öz bəyanatı ilə İranı qəzəbləndirdi. Səudiyyə Ərəbistanı bildirdi ki, neft embarqosu olsa, İranın Uzaq Şərq tərəfdaşlarına neft satmağa hazırdır.

İran bunu düşmənçilik hərəkəti kimi qiymətləndirdi.

İranın bütün neft ixracının 22 faizi Yaponiyaya gedir.

Yaponiya hələlik bildirir ki, İrandan neft alınmasını azalda bilər, ancaq İrandan neft alınmasını davam etdirmək üçün ABŞ-dan sanksiyalarda güzəşt istəyə bilər.

ABŞ-ın İrana yeni sanksiayaları o cümlədən İranın neft ticarətinin qlobal maliyyələşməsini əhatə edir və iyunun 1-dən qüvvəyə minir.

OBAMA MƏKTUB GÖNDƏRİBMİ?

Salehi Türkiyədə onu da deyib ki, “ABŞ prezidenti Obama Tehrana məktub göndərib. Ancaq Amerika özünün xoş niyyətini açıq deməlidir və danışıqlara şərt qoymadan başlamağa hazır olduğunu bildirməlidir”.

Salehi deyib: “Açıqda öz əzələlərini nümayiş etdirirlər. Pərdə arxasında danışıq təklif edirlər”.

Ağ Ev Tehrana məktub göndərilməsini inkar edir.

Ancaq Amerika mediasının məlumatlarına görə,
Ağ Ev Tehrana məktub göndərərək xəbərdarlıq edib ki, neft sanksiyalarına cavab olaraq Hörmüz boğazını bağlamaq fikrindən daşınsın.
XS
SM
MD
LG