Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:50

Tanınmış yazıçı məruz qaldığı işgəncələrdən danışdı


Yu Jie
Yu Jie
Tanınmış Çin yazıçısı və publisisti Kommunist Partiyasının rəhbərini tənqid edən qalmaqallı kitabın müəllifi Yu Jie Amerikaya çatan kimi mətbuat konfransı keçirib.

Çinin müstəqil “Pen Mərkəzi”nin vitse-prezidenti olan Çin təhlükəsizlik orqanlarının onun başına gətirdiklərini, məruz qaldığı işgəncələri təsvir edib.

Dissident yazar deyib ki, onu evində həbs edərək başına qara torba keçiriblər və maşınla naməlum yerə aparıblar.

Orada onu soyunduraraq yerə uzanmağa məcbur ediblər. Bundan sonra onu şillə və təpiklərlə döyüblər.

Dissident yazarın bildirdiyinə görə, təhlükəsizlik orqanlarının əməkdaşları onu çılpaq şəkillərinin İnternetə yerləşdiriləcəyi, barmaqlarının sındırılacağı, sifətində siqaret söndürüləcəyi ilə də hədələyiblər.

38 yaşlı Yu Çin lideri haqda "Jen Ven Jiabao: Çinin böyük aktyoru” adlı publisistik kitabını İnternetdə yaymasından bir müddət sonra həbs edilib.

Həmin vaxt o həm də 11 illik həbs cəzası çəkən Nobel mükafatlı Çin yazarı Liu Xiabo-nun bioqraqfiyasını yazırmış.

Yu Vaşinqtonda keçiridiyi mətbuat konfransında bildirib:

“Təhlükəsizlik orqanının əməkdaşı mənə dedi ki, Çin boyu sənin kimi Kommunist Partiyasına qarşı çıxan ziyalıların sayı 200-dən bir az çoxdur. Əgər mərkəzi hökumət böhranla üzləşsə, onların hamısını bir gecədə tutub diri-diri basdıra bilər”.

Yu-nun həbsdə aldığı xəsarətlər o qədər ağır olub ki, 3 gün sonra onu xəstəxanaya yerləşdiriblər və xarici jurnalistlərlə əlaqə yaratmayacağı haqda dlindən iltizam alıblar.

Bundan sonra təxminən 1 il ev dustağı olan Yu Çini tərk etməyə cəhdlər etsə də, buna icazə verilmirdi.

Onun bu yaxınlarda Çində səfərdə olmuş yüksək səviyyəli Amerika rəsmisinin xahişi ilə ABŞ-a mühacirət etməsinə icazə verildiyi deyilir.

Çində bir zamanlar SSRİ-də olduğu kimi hökumətə qarşı çıxan bəzi yazarların ölkədən qovulması təcrübəsi var.

BBC-yə istinadla
OxuZali.az
XS
SM
MD
LG