Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:08

Gəncədə 400 abonent mavi yanacaqsız qalıb


Dünən axşam saatlarından etibarən Gəncənin Natəvan qəsəbəsinə təbii qazın verilişi dayandırılıb.

Bu barədə Gəncə şəhər Qaz İstismarı Sahəsinin baş mühəndisi Şubay Nəsibov məlumat verib. Onun sözlərinə görə həmin ərazidə qaz xətləri qırılıb və bu səbəbdən qazın verilişi dayandırılıb.

Baş mühəndis xəttin qırılma səbəbləri barədə danışarkən deyib ki, Gəncədən Gürcüstan istiqamətə gedən ağır tonnajlı yük avtomobillərin hərəkət etdiyi yolda asfaltlanma işləri getdiyi üçün həmin istiqamətdə nəqliyyat vasitələrin hərəkəti dayandırılıb. Maşınlar Natəvan qəsəbəsinin daxili ilə hərəkət etməli olublar.

Nəticədə isə yük avtomobilləri qəsəbədə təbii qaz xətlərini ötürən keçidləri dağıdaraq sıradan çıxarıb. Nəticədə 400-ə yaxın abonent mavi yanacaqsız qalıb.
Ş. Nəsibov bir neçə kilometr qaz xəttinin sıradan çıxdığını bildirdi.

Bu günün sonuna kimi qəsəbəyə qaz verilişinin bərpa ediləcəyi gözlənilir.
XS
SM
MD
LG