Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:18

Myanma prezidenti demokratik islahatlar vəd edir


Myanma prezidenti Thein Sein ölkədəki demokratik islahatları davam etdirəcəyi vəd edib. O ABŞ və Avropa Birliyini Myanmaya qarşı sanksiyaları ləğv etməyə çağırıb. Bildirib ki, bu sanksiyalar onun ölkəsinə böyük ziyan vurub.

Washington Post qəzetinə müsahibəsində Myanma prezidenti müxalifət lideri Aun San Sunun hakimiyyətdə təmsil olunma bilməsinin istisna olmadığını da deyib.

Müxalifət lideri Aun San Su uzun müddət həbsdə və ev dustaqlığında qalıb. Ev dustaqlığı götürüləndən sonra o aprelin 1-də keçiriləcək seçkidə iştiraka razılıq verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG