Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:38

Zaqatalada qarın qalınlığı 50 sm-ə çatır


Yanvarın 19-u axşam saatlarından Oğuz, Şəki, Qax, Balakən və Zaqatala rayonlarına qar yağmağa başlayıb.

Ən çox qar Zaqatala və Balakən rayonlarına düşüb. Zaqatala şəhəri ərazisində qarın qalınlığı 25, Balakən şəhərində 20 sm, bu rayonların dağətəyi kəndlərində 40-50 sm-ə çatır.

Qax, Şəki və Oğuz rayonlarının mərkəzlərində isə 15-20 sm hündürlüyündə qar var.

Balakən və Zaqatala rayonlarının bəzi kəndlərinə elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb. Təbii qaz təchizatında isə problem yoxdur. /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG