Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:50
Yanvarın 20-də çıxan qəzetlər öz səhifələrində digər məsələlərlə yanaşı, 1990-cı ilin 20 Yanvar hadisələrinə də geniş yer ayırıblar.

«Azərbaycan» qəzeti «Təhsil kreditləri haqqında» qanun layihəsinin Milli Məclisin müzakirəsinə tövsiyə edildiyini bildirir. Layihədə sosial xarakterli təhsil kreditlərinin faizsiz verilməsi nəzərdə tutulur.

«Azadlıq» qəzeti Rüstəm İbrahimbəyova istinadən yazır ki, Ziyalılar Forumu «Hyatt Regency»in rəhbərliyinə bir həftə vaxt verib. Forumla otel arasında yaranmış problemə bu müddət ərzində cavab verilməsə, onlar otellər şəbəkəsinin baş ofisinə şikayət edəcəklər.

«Bizim yol» qəzeti Bakıda polis-sürücü qarşıdurmasından yazaraq bildirir ki, Nəqliyyat Nazirliyi qarşısında keçirilən aksiya qəddarlıqla dağıdılıb.

«Yeni Azərbaycan» qəzeti yazır ki, 2011-ci ildə Azərbaycanda qeyri-neft sektorunun inkişafı təmin edilib. Ötən il ölkədə iqtisadiyyatın şaxələnməsinə nail olunub.

«Yeni Müsavat» qəzeti MTN-in Bakıda əcnəbilərə terror cəhdinin qarşısını almasından yazır. Qəzet qeyd edir ki, «MTN İranın Bakıda terror planını ifşa edib».

Günün bütün mövzuları

XS
SM
MD
LG