Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:35

Prezident Administrasiyası: «Yerevan münaqişənin həllinə hazır deyil»


«Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mütəmadi danışıqların baş tutmamasının yeganə səbəbkarı Ermənistan tərəfidir. Bu da onunla bağlıdır ki, Yerevan münaqişənin həllinə hazır deyil».

Bunu Azərbaycan Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərin yanvarın 23-də Soçidə keçiriləcək görüşünə toxunan şöbə müdiri bunları deyib:

«Görüş bundan sonrakı prosesin necə olacağını göstərəcək. Odur ki, proseslərin necə inkişaf edəcəyi haqqında görüşdən sonra danışmaq olar». /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG