Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:25

Bu barədə APA-ya Salyan Rayon Polis Şöbəsinin istintaq şöbəsinin rəisi Əlibaxış Məmiyev məlumat verib.

Şöbə rəisinin sözlərinə görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Salyanda yerləşən 5 saylı Cəzaçəkmə Müəssisəsinin sabiq rəisi, 53 yaşlı Faiq Güləliyev adı çəkilən müəssisənin rəisi vəzifəsində işlədiyi müddətdə 8 vətəndaşı aldadaraq işə düzəltmək adı ilə onlardan 91 min manat alıb.

İstintaq digər aldadılmış şəxslərin olub-olmamasını yoxlayır.

Cəzaçəkmə Müəssisənin sabiq rəisi Faiq Güləliyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur. Bu ittihamı hakim də haqlı bilsə, o, əmlakı müsadirə olunmaqla, ya da olunmamaqla 7 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.


Hələlik ittiham olunan Faiq Güləliyevin yaxınları, ya da vəkilinin bu ittihamlarla bağlı mövqeyi məlum deyil.

Şərhləri göstər

XS
SM
MD
LG