Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:05

Fransa səfiri XİN-ə dəvət edilib


Fransanın Azərbaycandakı səfiri Qabriel Keller AR Xarici İşlər nazirinin müavini Xələf Xələfov tərəfindən XİN-ə dəvət edilib.

Xarici İşlər nazirinin müavini Xələf Xələfov Fransa səfirinə 23 yanvar 2012-ci ildə Fransa Senatında “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılması ilə əlaqədar Azərbaycan tərəfinin ciddi narahatlığını ifadə edib. Xələf Xələfov bildirib ki, belə qanun layihəsinin qəbul edilməsinin regional proseslərə mənfi təsir göstərə bilər.

Səfir Fransanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə tərəfdar olduğunu, Azərbaycan tərəfinin mövqeyini Fransa hökumətinə çatdıracağını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG