Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:45

BVF hesab edir ki, Azərbaycan Beynəlxalq Bankının ölkədə rolu azaldılmalıdır


Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankının ölkənin maliyyə sektorunda rolu azaldılmalıdır.

APA-nın məlumatına görə, bunu Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Nadim İlahi bildirib.

O qeyd edib ki, Azərbaycan Beynəlxalq Bankının ölkənin maliyyə sektorunda rolu böyükdür və bu sektorun inkişafına mane olur.

Nadim İlahi Azərbaycandakı xırda bankların birləşməsini tövsiyə edib.

O hesab edir ki, xırda banklar rəqabətə davamlı olmadığından onların birləşməsi məqsədyönlü olardı, amma bu könüllü olmalıdır.

Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildən fəaliyyət göstərir.

Bankın nizamnamə kapitalında dövlətin payı 50,2 %-dir.

Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətə, 10%-i isə bankın kollektivinə məxsusdur.
XS
SM
MD
LG