Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:08
-

“Korrupsiyaya qaşı mübarizədə Azərbaycan hökumətinin ötən ilin əvvəlindən atdığı müsbət addımlar davam etdirilməlidir”.

Bu fikirləri Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Nadeem İlahi yanvarın 19-da telekörpü vasitəsi ilə keçirdiyi mətbuat konfransında deyib.
O, korrupsiyanın aradan qaldırılması ilə bağlı Azərbaycanda elektron hökumətin, vahid pəncərə sisteminin tətbiqi və digər halları bu sahədə atılan müsbət addımlar adlandırıb:

“Biz orta və kiçik sahibkarlarla geniş müzakirələr aparmışıq. Onların verdikləri məlumatlara görə, doğurdan da korrupsiyaya qarşı mübarizə sahəsində çox effektiv işlər başlanıb. Bizə məlumat verilib ki, hökumət orqanları tərəfindən yoxlamalarının aparılması azalıb. Məlumatlarda o da deyilib ki, indi Azərbaycanda biznes fəaliyyəti daha asan həyata keçirilir”.

Bununla yanaşı missiya rəhbəri Azərbaycan üzrə keçirilən bir çox sorğularda korrupsiya məsələsinin dəfələrlə vurğulandığını da diqqətə çatdırıb:

“Bu o deməkdir ki, bu problem azərbaycanda geniş yayılıb. Əlbəttə Azərbaycan hökuməti tərəfindən müəyyən edilən addımlar çox önəmli addımlardır. Lakin bu addım və tədbirlər davamlı olmalıdır. Bundan başqa miqyası və əhatə dairəsi genişləndirilməlidir”.

Azərbaycan hökuməti keçən ilin əvvəlindən ölkədə geniş anti-korrupsiya tədbirləri həyata keçirildiyini elan edib. Amma ilk vaxtlar bunun ciddi təsirlərini hətta hökumətin tənqidçiləri də etiraf etsələr də son aylar hökumətin tədbirlərinin fayda verməməsi haqda fikirlər daha çox səslənir.

Nadeem İlahi deyib ki, BVF ümumilikdə inflyasiyanın azalmasını proqnozlaşdırır. Amma onun fikirncə, kifayət qədər böyük olan 2012-ci ilin büdcə xərcləri tam icra olunarsa bu inflyasiyanın artmasına səbəb ola bilər:

“Yəni, qeyri-neft sektorunun ÜDM-sinin 10 faizi səviyyəsində icra olunduğu halda infilyasiyanın səviyyəsini təkrəqəmli saxlamaq mümkün olacaq.”

Neftin qiyməti ilə bağlı proqnozlara gəldikdə BVF-nun rəsmisi deyib ki, standart proqnozlara görə, onlar 2012-ci il üçün onlar neftin qiymətini 100 dollar qiymətləndiriblər:

“Bohran senarisinə gəldikdə biz bunu hökumətlə də müzakirə etmişik. Biz burda neftin 1 barelinin qiymətini 50 dollar proqnozlaşdırırıq”.

Nadeem İlahi Azərbaycanda əmək bazarındakı vəziyyətə də toxunub. O, bu sahədə inkişafın müşahidə olunduğunu deyib: “Bununla bağlı rəqəmlər demək bir az çətindir, amma əmək bazarında inkişaf müşahidə olunur”.

Missiya rəhbərinə görə, Azərbaycan 2009-cu ilin ümumdünya iqtisadi böhranından yaxşı çıxıb. Nadeem İlahiyə görə, ölkə iqtisadiyyatının neftdən asıllığı azaldılmalıdır ki, qeyri-neft sektoru şaxəli inkişaf edə bilsin.

Şərhləri göstər

XS
SM
MD
LG