Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:36

Hrant Dinkin qətlinin ildönümü İstanbulda minlərlə adam küçələrə axışıb


Hrant Dink? 12 may 2006
Hrant Dink? 12 may 2006

Türkiyədə erməni mənşəli jurnalist Hrant Dinkin qətlə yetirilməsinin 5-ci ildönümü münasibətilə yanvarın 19-da İstanbulda minlərlə adam küçələrə çıxıb. Aksiya iştirakçıları günorta saatlarında şəhərin mərkəzindən Dinkin çalışdığı Agos qəzetinin redaksiyasının qarşısına qədər yürüş ediblər.

Aksiya iştirakçıları bir-iki killerin tutulduğunu deyərək qətlin təşkilatçılarının məsuliyyətə cəlb olunmamasına etiraz edirlər.

Türkiyə paytaxtı Ankarada da ana müxalifət partiyası olan CHP-nin bir qrup gənc fəalı eyni tələblərlə etiraz aksiyası keçirib.

Hrant Dink 2007-ci ildə çalışdığı türk və erməni dillərində çap olunan Agos qəzetinin redaksiyasının girişində qətlə yetirilib.

Onun öldürülməsinə görə 17 yaşlı bir gənc Ogun Samast keçən il 23 il müddətinə azadlıqdan məhrum olunub. Ancaq jurnalistin qorunmasını təşkil edə bilmədiyinə görə, Türkiyə hökuməti həm daxili, həm də beynəlxalq tənqidlərə məruz qalandan sonra yeni işı açılmışdı.

Yanvarın 17-də isə qətlin təşkilində günahlandırılan Yasin Hayal ömürlük həbs cəzası alıb. Dink cinayətində ittiham olunan digər şəxslərə isə bəraət verilib.

Türkiyə prezidenti Abdullah Gul elə bu gün deyib ki, onun ölkəsində hamı qanun qarşısında bərabərdir, amma bu qətl həssas məsələ olduğunda ölkə rəhbərliyi də ona xüsusi diqqətlə yanaşır: "Məhkəmə işini davam etdirərəkən, icra orqanları da ona hər cür yardım etməklə əsl həqiqətin üzə çıxmasına çalışacaq" - deyə Gul bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG