Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:27

Ötən il Bakıda 11316 cinayət törədilib


2011-ci ildə Bakı şəhərində 11316 cinayət qeydə alınıb. Bunun 88 faizdən çoxu az ağır, qalanları isə ağır və xüsusilə ağır növ cinayətlər olub.

Bunu Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov yanvarın 18-də keçirilən hesabat müşavirəsində deyib.

Ümumi cinayətlərin 73.3, ağır növ cinayətlərin 71, şəxsiyyət əleyhinə törədilən cinayətlərin isə 94.9 faizi açılıb.

2011-ci ildə 26 quldurluq və 41 soyğunçuluq törətmiş 140 nəfərdən ibarət 58, eləcə də 46 mənzil oğurluğu törətmiş 72 nəfərdən ibarət 31 cinayətkar qrup ifşa edilərək zərərsizləşdirilib.

Qanunsuz dövriyyədən 149 kiloqrama yaxın narkotik vasitə çıxarılıb. Bu, 2010-cu illə müqayisədə 10.6 kiloqram çoxdur.

İl ərzində qeydə alınan yol hərəkəti qaydaları pozuntusu isə 366 mindən çox olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG