Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 00:41

Dövlət vəsaiti ilə neçə tələbə və harda oxuyacaq?


Azərbaycan hökuməti qarşıdakı illər üçün ali məktəblərdə dövlət sifarişi ilə oxuyacaq tələbələrin və magistrantların sayını müəyyənləşdirib.

Nazirlər Kabinetindən «APA-ECONOMICS»ə verilən məlumata görə, qarşıdakı 4 tədris ilində ali məktəblərdə dövlət sifarişi ilə təhsil alacaq tələbələrin sayı hər il təxminən 11 min olacaq.

2012/2013-cü ildə 10 900 tələbə, 2013/2014-cü ildə 11 070 tələbə, 2014/2015-ci ildə 11 232, 2015/2016-cı ildə 11 398 tələbənin dövlət sifarişi əsasında oxuması nəzərdə tutulub.

2012/2013-cü tədris ili üçün dövlətin ən çox ehtiyacı olduğu sahələr texniki və texnoloji, təhsil, iqtisadiyyat və idarəetmə ixtisaslarıdır.

2012/2013-cü tədris ilində dövlət sifarişi ilə ən çox tələbə texniki və texnoloji ixtisaslar qrupu (2962 tələbə), təhsil ixtisaslar qrupu (2769 nəfər) və iqtisadiyyat və idarəetmə ixtisaslar qrupu üzrə (1643 tələbə) nəzərdə tutulub.

Müəllim ixtisasları üzrə ən çox ehtiyac xarici dil müəllimlərinədir.
Dövlət sifarişi ən çox xarici dil (416 yer), Azərbaycan dili və ədəbiyyat (325 yer), ibtidai sinif (264 yer) və riyaziyyat müəllimliyi (200 yer) üçün nəzərdə tutulur.

Növbəti təhsil ili üzrə dövlət sifarişlərinin ən çox olduğu digər sahələr- bədən tərbiyəsi və idman (376 yer), iqtisadiyyat (290), menecment (233), informasiya texnologiyaları və sistemləri mühəndisliyi (215 yer), sənayenin təşkili və idarə olunması (198 yer), müalicə işi (198 yer), biznesin idarə edilməsi (190 yer), kompüter elmləri (162 yer) ixtisaslarıdır.

Qarşıdakı 4 tədris ilində ali məktəblərdə dövlət sifarişi ilə təhsil alacaq magistrantların sayı hər il 2500 olacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG