Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:20

Şeyx kiber-müharibəyə qoşulanların Tanrı tərəfindən mükafatlandırılacağını deyir

“Səudiyyəli haker”in hücumları ilə bağlı müzakirələr davam edir. İndi də tanınmış İslam xadimi Tareq Al Suvaidan müsəlman hakerlərin hamısını birləşməyə və İsrailə kiber-cihad elan etməyə çağırıb.

Şeyx Suvaidan özünün Twitterdəki səhifəsində müsəlman hakerləri Fələstin xalqı ilə həmrəy olmağa çağırıb:

“Bu, çox önəmli aksiyadır. Bu mübarizəyə qoşulanlar Tanrı tərəfindən mükafatlandırılacaq”.

Qeyd edək ki, son 3 gün ərzində özünü “Səudiyyəli haker” adlandıran şəxs Tel-Əviv Fond birjasının və İsrail hava yolları şirkətinin saytlarını dağıdıb. O, yanvarın əvvəlində İsrail idman saytını dağıdandan sonra ordakı 20 min kredit kartı haqda məlumatları İnternetə yerləşdirmişdi.

İsrail xarici işlər nazirimin müavini Dani Ayalon bu hakerin tapıb cəzalandırılacağını bəyan etmiş və bu hücumları terror aktlarına bənzətmişdi. Bundan sonra həmin məmurun da şəxsi saytı dağıdılmışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG