Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:43

Rusiyanın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası olub


Qarabağ Azadlıq Təşkilatı (QAT) və Sosial Hüquqların Monitorinqi Qrupunun üzvləri Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər.

Aksiya 1990-cı ilin 20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunub.

Aksiya iştirakçıları «Qanlı yanvarın qatilləri cəzalandırılsın!», «SSRİ-nin varisi kimi Rusiya Azərbaycandan üzr istəməlidir!», «Beynəlxalq qurumlar 20 Yanvar hadisələrini kütləvi qətliam kimi tanımalıdır!» və s. şüarlar səsləndiriblər.

Polis aksiyanın keçirilməsinə imkan verməyib. İştirakçılar səfirliyin binasından uzaqlaşdırılıb.

Bununla belə, aksiyanın qətnaməsinin səfirliyə təqdim olunmasına şərait yaradılıb. /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG